Deputatlar bu gün onlayn iclas keçirəcəklər

 10:09 21.09.2020     30

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasın gündəliyinə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin müzakirəsi daxil edilib.

Onlayn toplantıda komitə üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi də aparacaqlar.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/882855.html