ABŞ-da təyyarə qəzası: pilot və sərnişinlər öldü

 10:33 21.09.2020     28

ABŞ-ın Texas ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində pilot və 3 sərnişin həlak olub.

Ostindən Luiziana ştatına hərəkət edən Piper PA-46 təyyarəsinin eniş zamanı qəzaya uğradığı bildirilir. Hadisə yerinə əməliyyatçılar cəlb edilib, qəzanın baş vermə səbəbləri araşdırılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/500351.html