Erməni hakerlərin hücumuna məruz qalan Aygün Kazımova Kirkorov haqqında görün nələr dedi

 10:40 21.09.2020     25

Ermənilər Xalq artisti Aygün Kazımova ilə Rusiyanın Xalq artisti Filip Kirkorovun “Can Azərbaycan” duetinə etiraz edib.

Publika.az xəbər verir ki, ermənilər Kirkorovun azərbaycanlı ifaçı ilə duetini İnstaqramda paylaşaraq tənqid ediblər.

Yutub kanalı erməni hakerlərin hücumuna məruz qalan Kazımova onlara İnstaqram üzərindən cavab verib:

“Hər zaman Azərbaycan xalqına, Azərbaycan tamaşaçısına, musiqisinə, sənətkarlarına dərin hörmət və sevgi ilə yanaşan, Azərbaycanı öz vətəni kimi sevən əziz dostum, canım dostum, sənət dostum Filip Kirkorovla ərsəyə gətirdiyim “Can Azərbaycan” layihəsi ilə qürur duyuram”.

Xatırladaq ki, erməni əsilli bolqar müğənnisi Bedros Kirkorovun ailəsində dünyaya gəlib. Onun bir müddət Azərbaycana gəlişi qadağan olunmuşdu.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/magazin1/328432.html