Dubay polisi dəbdəbəli doğum günü məclisi keçirən aktrisanı həbs edib

 23:01 21.09.2020     58

Dubayda çoxlu sayda qonaqların iştirakı ilə restoranda dəbdəbəli doğum günü şənliyi keçirən ərəb aktrisa həbs edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Əmirliyin polis rəisi "Əl Ərəbiyə" telekanalına bildirib.

Adı şərti olaraq M.H. kimi təqdim edilən aktrisa sosial şəbəkələrdə doğum günü məclisindən videogörüntülər paylaşıb. Həmin videomaterialda qonaqların qapalı məkanda qoruyucu maska taxmadıqları və sosial məsafə saxlamadıqları müəyyənləşdirilib. Dubay Əmirliyində karantin qaydalarını pozanlara qarşı 10 min dirhəm məbləğində cərimə tətbiq olunur.

Birləşmiş Ərəb Əmirliklərində toy və yas mərasimlərində 10 nəfərdən artıq insanın iştirakına icazə verilmir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/882968.html