İrəvan atəşlə oynamağı dərhal dayandırmalıdır - Türkiyə

 23:06 21.09.2020     68

22:22

Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Qanunsuz olaraq Dağlıq Qarabağı işğal edən Ermənistan indi Tovuz bölgəsində atəşkəsi pozdu, qəhrəman bir Azərbaycan əsgərini şəhid etdi. Şəhidimizə Allahdan rəhmət diləyirik və bütün azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirik. Ermənistan dərhal atəşlə oynamağı dayandırmalıdır", - Milli Müdafiə Nazirliyinin Tvitter hesabında bəyan edilib.

Qeyd edək ki, bu gün Ermənistan hərbi birləşməsi cəbhə xəttində yenidən təxribata cəhd edib. Nəticədə bir hərbi qulluqçumuz şəhid olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/500549.html