Gürcüstanın xarici borcu son illərdə 3 dəfə artıb

 23:10 21.09.2020     65

Gürcüstan hökumətinin xarici borcu son 8 ildə 3 dəfə (təqribən 13,3 milyard lari) artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkənin xarici borcu ilbəil artır. Təkcə cari ilin sonuna hökumətin xarici borcunun daha 6,1 milyard lariyə qədər artacağı gözlənilir.

Əvvəlki illərin dinamikasına baxdıqda məlum olur ki, 2003-cü il dekabrın 31-də Gürcüstanın xarici borcu 3,2 milyard lari (1,5 milyard ABŞ dolları) olub. Rəsmi statistikaya əsasən, 2003-cü ildən 2012-ci ilin (2012-ci il 31 dekabr) sonunadək Gürcüstan hökumətinin xarici borcu 6,6 milyard lari (3,9 milyard dollar) təşkil edib.

Ölkənin xarici borcu bu gündə artmaqda davam edir. Xarici valyutanın dəyişən məzənnəsi nəzərə alınaraq 2012-ci ildən bu il oktyabrın 31-dək hökumətin xarici borcunun 3 dəfə artaraq 19,9 milyard lari (6,5 milyard dollar) olacağı bildirilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/883052.html