Bu şəxslərin koronavirusa yoluxma riski 5 dəfə azdır

 23:20 21.09.2020     54

Eynək taxmaq koronavirus infeksiyasına yoluxma riskini 5 dəfə azaldır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, belə bir qənaətə Çinin Nançan universitetinin alimləri gəlib. Mütəxəssislərin araşdırmalarına görə, eynək taxan insanlar digərləri ilə müqayisədə Covid-19-a daha az yoluxurlar. Bu isə həmin şəxslərin əllə gözlərinə toxunmaması, bununla da infeksiyaya selikli qişa vasitəsilə yoluxma riskinin azalması ilə əlaqəlidir.

Araşdırmalara görə, gözlərdə SARS-COV-2 virusunun orqanizmə daxil olmasına şərait yaradan ACE-2 reseptoru var. Bu səbəbdən koronavirusa yoluxanların təxminən 12%-nin gözləri şişir və qızarır.

Alimlər bu səbəbdən insanlara tez-tez əllərini yumaqla yanaşı, gözlərinin qorunmasına daha çox diqqət ayırmağı məsləhət görür.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/882231.html