Baykal gölündə zəlzələ baş verdi

 23:34 21.09.2020     41

Rusiyada yerləşən Baykal gölü ərazisində 5,3 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar UTC vaxtı ilə 18:04-də qeydə alınıb.

Zəlzələnin episentri Slyudyanka şəhərindən 31 km şimal-qərbdə, İrkutsk şəhərindən isə 83 km cənub-qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 2 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat verilmir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/500565.html