Ərdoğan iclas keçirdi: Korona ilə bağlı xoş xəbər

 23:53 21.09.2020     55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, Türkiyədə hazırlanan səkkiz koronavirus peyvəndindən ikisinin heyvanlar üzərində uğurla sınaqdan keçirildiyini diqqətə çatdıran dövlət başçısı, əminliklə ifadə edib ki, peyvəndlər qarşıdakı aylarda insanlar üzərində tətbiq olunacaq. İnfeksiya ilə mübarizədə 65 yaşdan yuxarı olan vətəndaşlar üçün bəzi məhdudiyyətlər ola bilər. Maska taxmaq, sosial məsafə saxlamaq və təmizlik qaydalarına əməl etmək hər kəsin vətəndaşlıq borcudur.

Ərdoğan çıxışında Türkiyənin xarici siyasəti, həyata keçirilən sosial-iqtisadi layihələrin əhəmiyyəti, humanizm tədbirləri, gündəlikdə olan digər mühüm məsələlər barədə geniş məlumat verib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/500580.html