BMT ABŞ-ın sözünü dinləmir? - Rus deputat açıqladı

 00:14 22.09.2020     60

ABŞ İrana sərhədlər xaricində sanksiya tətbiq etməklə, tamamən qeyri-qanuni şəkildə BMT-nin rolunu öz üzərinə götürməyə çalışır.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı deputat Leonid Slutski deyib.

“Vaşinqton BMT TŞ üzərindən Tehrana qarşı sanksiyaları bərpa etmək cəhdi tamamən fiasko ilə nəticələndi. Lakin indi Tramp fərdi əmri ilə silah embarqosunu geri gətirməyə qərar verdi. Bu, BMT-nin ABŞ sözünü dinləmədiyi anlamına gəlir?”, - deyə deputat bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/500568.html