Azərbaycanlı reper Moskvada ağır qəza törətdi - Foto

 01:05 22.09.2020     61

Moskvada azərbaycanlı reper Elmin Quliyev idarə etdiyi “İnfiniti” markalı avtomobillə ağır qəza törədib.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Ostojenka keçəsində, 47 nömrəli binanın yanında baş verib.

İşıqforun qırmızı işığında keçən və yüksək sürətlə hərəkət edən “İnfiniti” “Mersedes” markalı avtomobillə toqquşub, bu zaman səki ilə gedən piyadaları da vurub kənara atıb. Nəticədə üç nəfər yaralanıb, onlardan iki qadının vəziyyəti ağırdır. Reperin avtomobili qəza zamanı divara dəyərək dayanıb.

Hadisədən bir neçə dəqiqə sonra “İnfiniti”nin sürücüsü və qəzanın səbəbkarı məlum olub. O, 26 yaşlı azərbaycanlı reper Elmin Quliyevdir. Elmin dərhal günahını etiraf edib.

“Mən yanıb-sönən yaşıl işıqda keçirdim, gözlənilmədən qırmızı yandı” – deyə Elmin polis əməkdaşlarına deyib.

O, hadisə yerində alkaqol və narkotik analizi verib. Amma qanı təmiz çıxıb. Lakin Elminin avtomobili yüksək sürətlə sürmək həvəskarı olduğu aydınlaşıb.

“Mən saatda 60 kilometrdən çox sürətlə getmirdim” - polis əməkdaşlarına deyib. Amma “İnfiniti”nin qəza anında sürətini texniki ekspertiza müəyyən edəcək. Nəticələr isə 2-3 həftəyə bəlli olacaq.

Avtomobil idmanı üzrə beynəlxalq dərəcəli idman ustası Tatyana Yeliseyeva isə “Komsomolskaya Pravda”ya deyib ki, “İnfiniti”nin aldığı zədələr onun divara saatda azı 60 kilometr sürətlə dəydiyini göstərir. Üstəlik bundan əvvəl sürətin 30 kilometr saatını “Merdedes” “udub”. Yəni “İnfiniti” saatda azı 90 kilometr sürətlə hərəkət edib. Həmin ərazidə isə sürət həddi saatda 40 kilometrdir.

“Qəzanın günahkarı bu cür yüksək sürətlə təcili tormozlaya bilməzdi. O, cəhd edim, amma uğursuz olub. “Mersedes”in sürücüsünə gəldiksə isə o, ümumiyyətlə qırmızı işıqda keçən “İnfiniti”ni vaxtında görə bilməzdi”, - ekspert deyib.

Quliyev Elmin Camal oğlu 1993-cü ildə Bakıda anadan olub. Beş il bundan qabaq Moskvaya köçüb və orada gecə klubarında çıxış etməyə başlayıb. Quliyev əvvəllər di-cey işləyib, eyni vaxtda mahnılar yazıb. Son illər isə reper kimi məşhurlaşıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/500581.html