"Fənərbağça" 9 nəfərlə bacarmadı

 03:13 22.09.2020     52

Sentyabrın 21-də futbol üzrə Türkiyə çempionatının ikinci turunun sonuncu qarşılaşmasında "Fənarbağça" doğma meydanda "Harayspor"u qəbul edib.

Publika.az xəbər verir ki, gərgin keçən görüşdə qapılar toxunulmaz qalıb. "Hatyspor"un heyətində Ruben Ribeyro və İsak Sackey qırmızı vərəqə alaraq komandalarını meydanda azlıqda qoyublar.

Beləliklə, "Fənərbağça" "Hatayspor"un 9 nəfəri ilə bacarmayıb.

İkinci turun yekun nəticələrinə görə Türkiyə Superliqasında hazırda turnir cədvəlinə 6 xalla "Qalatasaray" klubu liderlik edir. Onunla eyni xala malik olan "Alanyaspor" komandası isə ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışacaq. İkiinci turda "Ankaragücü" istirahət edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/328537.html