Türkiyədə virus 68 can aldı

 04:44 22.09.2020     31

Türkiyədə son sutka ərzində 1 743 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 68 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 7 574, yoluxanlar isə 304 min610nəfərə çatıb.

Türkiyədə indiyədək 268 min 435 xəstə sağalaraq evə buraxılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/328540.html