Türkiyədə koronavirusdan sağalanların sayı 268 min nəfəri ötüb

 07:55 22.09.2020     26

Türkiyədə son 24 saat ərzində daha 68 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 574 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 734 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 304 610 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 202 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 268 435 nəfər təşkil edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/883117.html