Dünyada həftə ərzində 2 milyona yaxın insan koronavirusa yoluxdu

 08:02 22.09.2020     36

Dünyada koronavirusa yoluxanların sayı bir həftə ərzində sentyabrın 14-dən 20-dək təxminən 2 milyon, ölənlərin sayı isə 37,7 min artdı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Bildirilib ki, rəsmi olaraq təsdiqlənmiş koronavirus yoluxma hallarının sayı 30,6 milyonu keçdi ki, bu da əvvəlki həftəyə nisbətən təxminən 2 milyon və ya 6 faiz çoxdur.

Son yeddi gün ərzində ÜST 37,7 min ölüm haqqında məlumat aldı, bu da 7-13 sentyabr tarixlərindəki göstəricilərindən 10 faiz azdır. 20 sentyabr tarixinə olan məlumata əsasən, koronavirus səbəbindən 950 min ölüm haqqında məlumatları təsdiqlənib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/883128.html