Bakıda ayıq sürücü qəza törədib - FOTO

 08:08 22.09.2020     34

Bakının Nərimanov rayonunda avtomobil aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Ayıq sürücü kimi fəaliyyət göstərən Seymur Ağayev idarə etdiyi "Chery" markalı avtomobillə hərəkət edərkən Ziya Bünyadov prospektində sükana nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi aşaraq körpüdəki yolayırıcı betona çırpılıb. Sürücü yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/883112.html