Suares “Barselona”nı tərk edir

 08:28 22.09.2020     32

Uruqvaylı futbolçu Luis Suares "Barselona"nı tərk edir.

"RAC1" agentliyi xəbər verir ki, 33 yaşlı hücumçu Katoloniya rəhbərliyi ilə imzaladığı müqaviləyə xitam verilməsi barədə razılığa gəlib.

Qeyd olunur ki, "Barselona" rəhbərliyi pul tələb etmədən L.Suaresi sərbəst buraxacaq, hücumçu isə son mövsümdə müqavilədə göstərilən məbləğin bir hissəsindən imtina edəcək.

Xatırladaq ki, L.Suares 2014-cü ildən "Barselona"nın formasını geyinir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/883124.html