UNEC-də yeni fənlər tədris olunacaq

 08:36 22.09.2020     33

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) sərt bacarıqlar və yumşaq bacarıqlar fənlərinin tədrisi nəzərdə tutulub.

UNEC-dən Publika.az-a bildirilib ki, bu barədə Elmi şuranın növbəti iclasında qərar verilib.

Məlumata görə, yeni fənlər tələbələrin karyeralarını doğru şəkildə planlaması məqsədilə yaradılan Karyera planlaması və inkişafı kafedrasının nəzdində tədris olunacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/elmvetehsil/328547.html