“GoPro” ikirəngli ekrana malik “Hero 9 Black” ekşn kamerasını təqdim edib

 08:55 22.09.2020     56

"GoPro" şirkəti əvvəlki modellə müqayisədə bir sıra nəzərəçarpan dəyişikliklər edilmiş yeni "Hero 9 Black" ekşn kamerasını rəsmən təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Hero 9 Black" yeni dizayn, ön paneldə rəngli ekran və arxa səthdə 2,27 düymlük ekranla təchiz edilib. Bu halda yeni batareya səbəbindən kameranın ölçüsü cüzi artıb. Yeni batareyanın tutumu 1720 milliamper/saatadək ("Hero 8 Black"ə quraşdırılmış batareya ilə müqayisədə 40% çox) artırılıb.

Yeni "GoPro" kamerası təsvir ölçüsü 20 mp-dək (əvvəlki modeldə 12 mp-dək idi) olan şəkillər çəkməyə imkan verir. Həmçinin "Hero 9 Black" şirkətin 5K formatında videonun çəkiliş imkanını dəstəkləyən ilk kamerası olub. Bu rejimdə çəkiliş saniyədə 30 kadr tezliklə aparılır, halbuki 4K formatında kamera saniyədə 60 kadr tezliklə çəkir.

"GoPro Hero 9 Black"da, həmçinin yeni proqram funksiyaları reallaşdırılıb. Məsələn, kadrda üfüq səviyyəsini düzəldən yeni nəsil "HyperSmooth 3.0" video sabitləşmə və taymlaps çəkilişi üçün "TimeWarp 3.0" texnologiyası.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/882426.html