Samuxda yanğın olub

 09:22 22.09.2020     30

Samux rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Samux rayonunun Qarabağlar kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 12 m² sahədə və dam örtüyü 124 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/883132.html