Yaponiya: BMT-ni yeniləyin, bizi TŞ-yə qəbul edin

 09:26 22.09.2020     31

Yaponiya hesab edir ki, BMT Təhlükəsizlik Şurası reformasiyaya məruz qalmalıdır və onun daimi üzvü olmağa hazır olmalıdır.

Axar.az xəbər verir ki, bunu Yaponiya Xarici İşlər naziri Tosimitsu Moteqi deyib.

“BMT-nin güclənməsi xətrinə Təhlükəsizlik Şurasındakı reformları təxirə salmaq olmaz. Təəssüf ki, 75 il əvvəl yaradılan sistem onun qarşısına qoyulan hədəfləri tam yerinə yetirə bilməz. Əminəm ki, məsuliyyəti üzərinə götürmək imkanı və niyyəti genişləndirilmiş Təhlükəsizlik Şurasında olmalıdırlar. Yalnız o zaman Təhlükəsizlik Şurasında effektiv orqan olacaq. Yaponiya Təhlükəsizlik Şurasının daimi üzvü qismində bu öhdəlikləri tam yerinə yetirməyə hazırdır”, - deyə o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/500607.html