Hindistan Baş naziri BMT-də islahatlar aparmağa çağırıb

 09:28 22.09.2020     31

Birləşmiş Millətlər Təşkilatının islahatlara ehtiyacı var, bunsuz dövrümüzün çağırışları ilə qarşı durmaq mümkün deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Hindistanın Baş naziri Narendra Modi BMT Baş Assambleyasının 75 illiyi münasibətilə təşkilatının təntənəli iclasında çıxış edərkən bildirib.

N.Modi bildirib ki, köhnəlmiş qurumlarla bu günün problemlərinə qarşı mübarizə apara bilmərik:

"Hərtərəfli islahatlar olmadan BMT özünə inam böhranı ilə üzləşir. İndiki bir-biri ilə əlaqəli dünyası üçün günümüzün reallıqlarını əks etdirən, bütün maraqlı tərəflərə səs verən, müasir məsələləri həll edən və insanın rifahına yönəlmiş, islah edilmiş çoxtərəfli bir yanaşmaya ehtiyacımız var".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/883133.html