Əfsanəvi komandir Türkiyədən Ermənistana ULTİMATUM göndərdi

 15:41 23.09.2020     41

“Aldığımız şəhid xəbərləri ürəyimizi yandırır. Ermənistan tərəfindən sərhəd xəttinə edilən alçaq hücumlar intiqam hisslərimizi daha da artırır. Bölgədə yaşanan son hadisələr işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün müharibəni məcburi edir”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə mətbuatına açıqlamasında əfsanəvi komandir İbad Hüseynov deyib.

O bildirib ki, azərbaycanlılar ermənilərlə döyüşə hazırdır: “Ermənilərin atəşkəsi pozması ilə uzun zamandır gözlədiyimiz müqəddəs savaşımızın ayaq səsləri daha da yaxından eşidilməyə başlanır. Ölkəmiz düşmənimizi yox edə biləcək silahlı qüdrətə sahibdir. Bu gün yanımızda qardaşımız Türkiyə də var. Ermənilər bizə alçaqcasına hücum edərkən qardaş Türkiyənin böyüklüyünü də nəzərə almalıdır. Biz işğal altındakı torpaqlarımızın xilasına heç vaxt bu qədər yaxınlaşmamışdıq. Xalqımızın təkidli döyüş çağırışı və dövlətimizin bu istiqamətdə atdığı addımlar tarixi anın gəldiyinə işarə edir”.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/328740.html