Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? - TƏBİB-dən AÇIQLAMA

 15:46 23.09.2020     28

Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

R.Bayramlı qeyd edib ki, öklməizdə koronavirusla mübarizə istiqamətində tədbirlər öz nəticəsini göstərib. O qeyd edib ki, vaksinlərin alınması üçün vəsait KMDF-dan ayrılacaq. O qeyd edib ki, bugünki iclasda İctimai Nəzarət Şurasına məlumat veriləcək və Şuranın razılığı ilə vaksinin alınması üçün KMDF-dan vəsait ayrılacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/883595.html