İlkin mərhələdə əhalinin neçə faizinə vaksin vurulacaq? - Ramin Bayramlı cavab verir

 15:52 23.09.2020     31

Aparılan araşdırmalara əsasən ilkin mərhələdə əhalinin 20 faizinə koronavirusa qarşı vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

O qeyd edib ki, vaksinlərlə bağlı Azərbaycan iki istiqamətdə aparılər. Onun sözlərinə görə, bir istiqamət vaksinin ölkədə istehsal edilməsi, digər istiqamət isə xaridən alınaraq Azərbaycana gətirilməsidir: "Vaksinlərin hazırda Azərbaycanda istehsal imkanı mümkün görünmür, nəinki Azərbaycanda bir çox ölkələrdə bu mümkün deyil. Öna görə də əsas istiqamət vaksinlərin xaricdən gətirilməsidir".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/883596.html