SON DƏQİQƏ: Eyfel qülləsində BOMBA HƏYƏCANI

 15:58 23.09.2020     33

Fransanın paytaxtı Parisdə yerləşən Eyfel qülləsində bomba həyəcanı yaşanıb.

Publika.az xəbər verir ki, polisə qüllədə partlayıcı yerləşdirildiyinə dair məlumat daxil olub.

Polis dərhal bölgədəki insanları təxliyə edib. Ətrafdakı yollar və binalar boşaldılıb.

Bölgədə axtarışlar aparılır.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/avropa/328748.html