Bakıda mağazadan 6 min manat oğurlandı

 16:14 23.09.2020     35

Bakıda mağazalardan oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi və Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Səbail rayonu ərazisindəki mağazaların birindən 1000 manat və 3000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Naftalan şəhər sakini B.İsmayılov, Sumqayıt şəhər sakini F.Kərimov və Şamaxı rayon sakini N.Rəhimov saxlanılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/crime/883497.html