Jurnalistə 11 il sonra vəzifə verildi

 16:25 23.09.2020     27

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, N.Qəhrəmanova bu barədə sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, 11 ildən sonra AMEA-nın saytından ayrılmağa qərar verib:

"Bu illər ərzində Azərbaycanın ən böyük elm saytının yazarı oldum, sadə jurnalist vəzifəsindən sektor müdiri vəzifəsinə kimi yüksəldim. Azərbaycanın ilk veb-portalı olan science.az-dakı 11 illik fəaliyyətimə öz istəyimlə son qoydum. Artıq fəaliyyətimi AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi kimi davam etdirəcəm".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/883547.html