Baltik dənizində HƏYƏCANLI ANLAR - Sualtı qayıq yük gəmisi ilə toqquşdu

 16:30 23.09.2020     30

Rusiya donanmasına aid “Kazanets” sualtı qayığı Baltik dənizində Marşall adaları bayrağı altında üzən “Ice Rose” adlı yük gəmisi ilə toqquşub.

Publika.az xəbər verir ki, bu barədə Baltik donanması açıqlama yayıb.

Bildirilib ki, qəza keyfiyyətsiz görmə şəraitinin çətinləşməsi səbəbindən baş verib.

Nəticədə, gəminin gövdəsində su səviyyəsi üzərindəki hissədə dəlik yaranıb. Gəminin heyətinə isə zərər dəyməyib. Sualtı gəmi mərkəz bazasına göndərilib. Donanmada olayı araşdırmaq üçün komissiya yaradılıb.

Danimarka Silahlı Qüvvələrindən verilən açıqlamada qəzanın Oresund Boğazının cənubunda meydana gəldiyi bildirilib.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/328751.html