Məryəm Üzərli: “Sevdiyim insan mənim xətrimə ABŞ-dan Almaniyaya köçüb”

 16:36 23.09.2020     35

"Möhtəşəm Yüz il" serialı ilə məşhurluq qazanan türk əsilli alman aktrisa Məryəm Üzərli aşiq olduğunu və yeni sevgilisi ilə yaşadığını elan edib. O, sevgilisinin adını açıqlamayıb, ancaq bu şəxsin həyatı boyu gözlədiyi məhz həmin idealının olduğuna əminliyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "StarHit" xəbər yayıb.

Cazibədar aktrisa müsahibəsində uzun müddətdir sevgilisi ilə bir yerdə yaşadığını etiraf edib. Sevgilisi onun xətrinə həyatını tamamilə dəyişib:

"Artıq tənha deyiləm, həyatımda biri var... Aşiqəm! O, amerikalıdır. ABŞ-dan Almaniyaya mənimlə Laranın (aktrisanın qızı - red.) yanına gəlib. Hazır olduğumu hiss edən kimi ərə gedəcəyəm. Ancaq koronavirus pandemiyası şəraitində yaşayırıq. Mən üzlərində maska olan 20-30 qonaq istəmirəm", - deyə o bildirib.

Xatırladaq ki, bu yaxınlarda M.Üzərlinin beş aylıq hamilə olduğu ortaya çıxıb. Aktrisa xoş xəbəri jurnalistlərə özü verib. Ancaq uşağın atasının əcnəbi olduğunu deməkdən başqa informasiya verməyib.

M.Üzərli sonrakı günlərini doğuma hazırlığa həsr etmək istəyir, ancaq peşəsini də atmağı düşünmür. Üstəlik 2021-ci il üçün yeni serialların prodüsserlərindən təkliflər alıb. Çəkilişlər atasının vətəni Türkiyədə olacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/883550.html