Rusiyada tragikomediya: Su-35 Su-30-u məhv etdi

 16:38 23.09.2020     36

Rusiyanın dünən məhv olan Su-30CM təyyarəsi qəzaya düşməyib.

Axar.az xəbər verir ki, bu məlumatı “Voyennıy Obozrevatel” Teleqram kanalı yayıb.

Məlumata görə, Su-30CM təyyarəsi Rusiyanın digər qırıcısı Su-35C-dən açılan atəşlə məhv edilib.

Təyyarənin təlim döyüşü zamanı vurulduğu bildirilib.

İddiaya görə, Su-35C təyyarəsinin ekipajı uçuşdan əvvəl təyyarədəki silahların söndürülmədiyi və ya onların təyyarədən çıxarılmadığı barədə xəbərdar edilməyib.

Qeyd edək ki, Su-30-un Tverdə qəzaya uğradığı haqda ötən gün rəsmi məlumat yayılmışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/500975.html