"Barselona"nın futbolçusu ingilis klubuna keçdi - FOTO

 16:38 23.09.2020     34

"Vulverhempton" "Barselona"nın müdafiəçisi Nelson Semedunu transfer edib.

Publika.az xəbər verir ki, "canavarlar" portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb.

Premyer Liqa təmsilçisi bu keçid üçün 30 milyon avro təzminat ödəyib. Daha 10 milyon avro isə bonuslar şəklində veriləcək.

Katalonlar Semedunu 2017-ci ildə "Benfika"dan 30 milyon avroya transfer edib. 26 yaşlı sağ cinah müdafiəçisi ötən mövsüm 21 oyun keçirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/328747.html