Oğluna 1500 qonaqla toy edən deputat cəzalandırıldı - VİDEO - FOTO

 16:47 23.09.2020     23

Koronavirus pandemiyası dövründə karantin tədbirlərinə əməl etməyərək oğluna toy edən AKP-nin Kocaelidən olan millət vəkili Cəmil Yaman cəzalandırılıb.

Milli.Az xəbər verir ki, oğlunun toyuna 1500 nəfər qonaq dəvət edən, eyni zamanda 1 saatlıq limiti keçən və məclisdə yemək verən deputat 6 min 360 lirə cərimələnib.

Bundan başqa, toyun təşkilinə görə Karayolları müdirliyinə də 6 min 360 lirə cərimə təyin olunub. Qida tədarükü edən şirkətə 3 min 180 lirə pul cəzası verilib.

Qeyd edək ki, toy 2 həftə əvvəl baş tutub. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/883608.html