Nazir rəisi vəzifəsindən azad etdi

 16:56 23.09.2020     23

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Axar.az Unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Canəli Nuriyev Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq Bölməsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Səbail rayon Polis İdarəsinin Tədqiqat şöbəsinin rəisi vəzifəsinə təyin olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/500988.html