Ağcabədidə pambıq kombaynı yandı

 18:38 24.09.2020     36

Bu gün Ağcabədi rayonunda kənd təsərrüfatı texnikası yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Şahmalılar kəndində “John Deere” markalı kombaynın yük yerinə yığılan 1 ton pambığın 0,5 tonu yanıb. Pambığın qalan hissəsi və kombayn yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/328888.html