Məşhur aktyor 2 milyona futbol klubu almaq istəyir

 18:59 24.09.2020     39

Dünyaca məşhur aktyor Rayan Reynolds biznesini genişləndirmək qərarına gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əslən Kanadadan olan film ulduzu "Wrexham" futbol klubunu almaq istəyir. Bu barədə "Wrexham" İdarə Heyəti məlumat yayıb. Bildirilib ki, klubu almaq istəyən iki nəfərdən biri Reynoldsdur.

"Wrexham"a sahib olmaq istəyən digər şəxs isə aktyor Rob Makelhennidir.

Qərb KİV yazır ki, Roba nisbətən Rayanın kluba sahib olma şansı daha böyükdür. O, bunun üçün 2 milyon sterlinq ödəmək fikrindədir.

Qeyd edək ki, Blake Lively ilə evli olan üç uşaq atası Reynolds "Aviation Gin" içki şirkətini ötən ay 610 milyon dollara satmışdı.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/883893.html