Qubada alma yığan qadını maşın vurub

 19:04 24.09.2020     43

Qubada alma yığan qadını maşın vurub.

Milli.Az bildirir ki, qəza Quba-Xaçmaz yolunun Alekseyevka kənd ərazisində baş verib.  

Adı hələ ki, məlum olmayan qadın yolu keçmək istəyərkən "Hundai" markalı avtomobil tərəfindən vurulub. Nəticədə hadisə yerində ölüb. 

Şahidlərin sözlərinə görə, qəza nəticəsində ölən qadın Qubanın Amsar kəndindən Alekseyevka kəndinə alma yığmağa gəlibmiş. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/883892.html