Bakı ilə əlaqələri gücləndirməyə hazırıq - Vitse-spiker

 19:05 24.09.2020     32

Gürcüstan Azərbaycanla parlamentlərarsı əlaqələri gücləndirməyə və daha da fəallaşdırılmasına hazırdır.

Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Kaxaber Kuçava Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra bildirib.

Vitse-spiker görüşdə iki ölkə arasındakı möcvud əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib:

"Çox pozitiv görüş və xoş dialoq oldu. Əminik ki, gələcək illərdə ölkələrimiz arasında əməkdaşlıq daha da məhsuldar olacaq".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/501275.html