Polşada pandemiya başlayandan bəri rekord günlük yoluxma qeydə alınıb

 19:19 24.09.2020     33

Polşada COVID-19 pandemiyası başlayandan bəri rekord günlük yoluxma qeydə alınıb. 

Milli.Az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, son sutkada Polşada 1 136 yoluxma faktı qeydə alınıb ki, bu, mart ayından bəri ən yüksək rəqəmdir.

İndiyədək ölkədə koronavirusa yoluxanların ümumi sayı 82 809 nəfərə çatıb, 2 369 nəfər vəfat edib. 

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/883897.html