Xırdalanda xətt partladı, yolları su basdı - FOTO

 19:29 24.09.2020     37

Xırdalan şəhərində "119-un yolu" deyilən ərazidə su xətti partlayıb və nəticədə yolları su basıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki,  sözügedən ərazidə vəziyyət dünən axşamdan etibarən belədir. 

Hətta yollarda sakinlərin piyada hərəkət etməsi də çətinləşib.

Abşeron Rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, həmin məsələ ilə bağlı Abşeron Rayonu Sukanal İdarəsi məşğul olur: "Əgər belə hal varsa, sakinlər zəng edib şikayətlərini bildirsinlər. Onlarla kobud davranılsa, problem həll olunmasa, o zaman İcra Hakimiyyəti məsələni öz öhdəsinə götürə bilər".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/883889.html