“BMW” piyada keçidində 9 yaşlı piyadanı vurub öldürdü - VİDEO

 19:34 24.09.2020     33

Rusiyanın Meqion şəhərində məktəbli piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Zareçnoy küçəsində qeydə alınıb.

Kadrlarda minik avtomobilinin sürətlə hərəkətdə olduğu və bu zaman yerüstü keçiddən qaçaraq keçməyə çalışan piyadanı vurduğu görülür. Zərbənin təsirindən havaya qalxan piyada bir neçə metr uçaraq asfalta dəyir.

Yerli KİV-in məlumatına görə, şəhər sakini olan 9 yaşlı məktəbli aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qəzanı törədən "BMW" markalı avtomobilin 30 yaşlı sürücüsü isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/883825.html