Rusiyada azərbaycanlı onunla tanış olmaq istəməyən qızı qaçırdı

 20:19 24.09.2020     34

Rusiyanın Pskov şəhərində adam oğurluğunda ittiham edilən azərbaycanlı beş ilə qədər həbs edilə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 26 yaşlı Azərbaycan vətəndaşı yol ilə gedən qıza tanışlıq təklif edib.

Rədd cavabı alan oğlan fiziki güc tətbiq edərək qızı "QAZ" markalı furqonlu avtomobilinin yük hissəsinə sürüyüb.

Polis avtomobilin izinə düşüb və cinayətkarı yaxalaya bilib. Qız xilas edilib.

Cinayəti törədən şəxs qızı davranışına görə bu yolla cəzalandırdığını deyib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/883937.html