İranda 4,3 bal gücündə zəlzələ baş verib

 20:24 24.09.2020     46

İranın Fars əyalətinin Kənar Təxtə bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 16:45-də qeydə alınıb.

Dərinliyi 9 kilometr olan zəlzələ nəticəsində dağıntılar və dəymiş ziyan haqqında hələlik məlumat verilməyib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/883942.html