İspaniyada leysan nəticəsində metro stansiyalarını su basıb

 20:22 24.09.2020     28

İspaniyanın paytaxtı Madriddə yağan aramsız yağış şəhər metropoliteninin işinə ciddi təsir göstərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yağış metro qatarlarının hərəkətində fasilələrə səbəb olub. Bir neçə stansiya suyun altında qalıb.

Metro stansiyalarına giriş-çıxış dayandırılıb.

Bundan başqa, leysan şəhərətrafı elektrik qatarlarının işinə təsir göstərib. Dəmir yollarının müəyyən hissələri hərəkət üçün tam bağlanıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/883961.html