Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi - BMT baş katibi

 20:39 24.09.2020     31

Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi, qurbanların artıq bir milyona yaxınlaşır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BMT-nin baş katibi Antoniy Quterriş deyib.

O bildirib ki, bütün bunlar qlobal hazırlıq, qarşılıqlı fəaliyyət və həmrəyliyin olmamasının nəticəsidir:

"Pandemiya açıq-aşkar beynəlxalq ictimaiyyət üçün sınaqdır və biz bunun öhdəsindən gələ bilmədik. Virus artıq bütün dünyada bir milyona yaxın insanı öldürüb, 30 milyondan çox şəxsə ziyan vurub. Virus nəzarətdən çıxıb".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/883946.html