Dünyanın ilk kriptobankı fəaliyyətə başlayacaq

 21:55 24.09.2020     33

ABŞ-ın Vayominq ştatının rəhbərliyi, Kraken kriptobirjasına ilk kriptovalyuta bankını açmaq üçün icazə verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Kraken Financial ixtisaslaşmış depozit müəssisəsini işə salmağa imkan verən bank lisenziyasını əldə edib.

Vayoming ştatında yerləşən şirkət, federal və dövlət qanunvericiliyinə uyğun olaraq bank statusunu almış ABŞ-ın ilk rəqəmsal bankıdır.

Bankın müştəriləri hesabların ödənilməsi üçün rəqəmsal aktivlərdən istifadə edə, əmək haqqını ala və investisiya portfellərini formalaşdıra biləcəklər.

Birinci mərhələdə Kraken Financial yalnız ABŞ sakinlərinə xidmət edəcək, ikinci mərhələdə isə fəaliyyət sahəsinin genişləndirilməsi nəzərdə tutulub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/883273.html