Rusiyada ana dilində danışan tatar döyüldü

 21:54 24.09.2020     33

Rusiyanın Omsk şəhərində milliyətcə tatar olan Lusiya Timofeyeva adlı qadın ana dilində danışdığı üçün döyülüb.

Axar.az xəbər verir ki, bu barədə qadın özü açıqlamasında deyib.

Onun sözlərinə görə, avtobusda telefonla danışan zaman arxadan bir nəfər kişi sərnişin kobudcasına ona toxunub və “Ya rusca danış, ya da sus!” deyib. Qadın telefon danışığını davam etdirdiyi vaxt həmin şəxs onu yumruqla baş nahiyəsinə zərbə endirib.

Polis faktla bağlı araşdırmalara başlayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/501308.html