DİM: Bu il buraxılış imtahanının nəticələri yüksəkdir

 21:48 24.09.2020     30

"Ötənilki buraxılış imtahanının nəticələri 2020-ci illə müqayisədə daha yüksəkdir".

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, buna səbəb bu il üçün buraxılış imtahanlarında açıq sualların sayının 50 faiz azaldılmasıdır: "Bəlkə, ona görə də, nəticələr daha yüksək idi. Bəlkə də, şagirdlər imtahana daha yaxşı hazırlaşmışdı, vaxt baxımından imkanları daha çox idi. Statistik göstəricilərdə nəticələri müqayisə etdikdə görürük ki, təxminən eynidir. Bu il nə sıçrayış, nə də daha pis vəziyyət olub. İmtahanın təşkilinə gəlincə daha mürəkkəb idi. İmtahanlara giriş çox ciddi təşkil olunmuşdu".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/elmvetehsil/328912.html