Məşhur futbolçu koronavirusa yoluxdu

 22:12 24.09.2020     30

İtaliyanın məşhur "AC Milan" futbol klubunun hücumçusu Zlatan İbrahimoviçdə koronavirus aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, 38 yaşlı oyunçu karantinaya alınıb və bugünkü matçda iştirak edə bilməyəcək.

Əlavə məlumat üçün bildirək ki, bundan əvvəl adıçəkilən komandanın oyunçusu Leo Duarte də koronavirus aşkarlanmışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/328914.html