Sentyabrın 25-i üçün teledərslərin cədvəli açıqlanıb - FOTO

 22:21 24.09.2020     34

"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan "Dərs vaxtı" proqramının sentyabrın 25-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Çünki şagirdlər üçün teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi "YouTube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləyə bilərlər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/883967.html